“Azərbaycan və Türkiyənin mərkəzi bankları valyuta svop sövdələşməsi ilə bağlı heç bir danışıqlar aparmır”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
O vurğulayıb ki, iki ölkənin Mərkəzi Bankları bir sıra sahələrdə fəal əməkdaşlıq edir, lakin bir sıra KİV-də svop sazişinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Xatırladaq ki, bir neçə gün əvvəl “Middle East Eye” Türkiyə hökumətindəki mənbələrinə istinadən Azərbaycanla Türkiyə arasında 1 milyard avro dəyərində valyuta svop müqaviləsinin tezliklə imzalanacağını açıqlamışdı.
Bizim.Media