Şəhid anası: Bizi yaşadan Ordumuzun Zəfəridir - FOTO

Vətən Müharibəsinin saysız qəhrəmanlarından biri də şəhid Rəvan Daşdəmirovdur.

Rəvan işğal altında olan torpaqların azad edilməsi üçün fürsət gözləyən və müharibənin ilk günlərindən ən qanlı döyüşlərə atılan igid oğullarımızdan olub.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Daşdəmirov Rəvan Məzahir oğlu 6 mart 1994-cü ildə Gəncə şəhərində anadan olub. 2011-2015-ci illərdə Dövlət Aqrar Universitetinin “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə təhsil alıb.

2015-ci ildə hərbi xidmətə yollanıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirib. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağırılıb.

Atası Məzahir Daşdəmirov Rəvanın yoldaşları arasında tərbiyəsi, savadı və Vətən sevgisi ilə seçildiyini deyib:

“Rəvan könüllü olaraq cəbhəyə yollandı. Hər il sentyabr, oktyabr ayları gələndə sanki bizim üçün müharibə yenidən başlayır. Zəfər Günü gələndə isə sanki qəlbimiz təskinlik tapır.

Qürur duyuram ki, Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman oğullarımız 30 illik həsrətə son qoydular. Bu gün tək arzum Rəvanın təhsil aldığı orta məktəbə onun adının verilməsidir”.
 

Rəvan 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak edib.


Füzuli, Zəngilan və Qubadlı rayonlarının azad olunması uğrunda vuruşub. Oktyabrın 27-də Füzuli rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 29-da Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

“Sanki bunu gözləyirmiş kimi çağırış gələn günün səhəri öz istəyilə səfərbərlik idarəsinə yollandı. Müharibədə olanda hərdən əlaqə saxlayırdıq. Bizimlə o qədər böyük ruh yüksəkliyi ilə danışırdı ki, təəccüb edirdik. Bir şəhid anası kimi ən böyük təskinliyim qələbəmizdir.

Bizi yaşadan Ordumuzun Zəfəridir,” – deyə şəhid anası Şəhla Daşdəmirova deyib.

Rəvan Daşdəmirov Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə", “Füzulinin azad olunmasına görə” və Vətənə xidmətə görə” medalları ilə təltif edilib.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Turan Tovuz”un legioneri Yaponiya klubunun təklifindən imtina etdi

“Turan Tovuz”un legioneri Yaponiya klubunun təklifindən imtina etdi

Talıbov yüksək vəzifəyə TƏYİN OLDUNU

Talıbov yüksək vəzifəyə TƏYİN OLDUNU

İsmayıllıda avtomobil beton maneəyə çırpıldı - ölənlər var

İsmayıllıda avtomobil beton maneəyə çırpıldı - ölənlər var

Polis borcu olan 29 nəfəri tapdı

Polis borcu olan 29 nəfəri tapdı

“Xankəndi” baş məşqçisi ilə bağlı qərar verdi

“Xankəndi” baş məşqçisi ilə bağlı qərar verdi

"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı – VİDEO

"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı – VİDEO

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

Qumralın bu görüntüsü müzakirə yaratdı – VİDEO

Qumralın bu görüntüsü müzakirə yaratdı – VİDEO

İsrail XİN Xameneinin vida mərasimini LAĞA QOYDU

İsrail XİN Xameneinin vida mərasimini LAĞA QOYDU

Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK

Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK

Ağdamda su anbarında batan ata və iki övladının kimliyi MƏLUM OLDU

Ağdamda su anbarında batan ata və iki övladının kimliyi MƏLUM OLDU

Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə külək güclənəcək – XƏBƏRDARLIQ

“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“ - VİDEO

“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“ - VİDEO

Ağdamda ailə FACİƏSİ: Ata və iki övladı çimərkən batdı

Ağdamda ailə FACİƏSİ: Ata və iki övladı çimərkən batdı

Yasamaldakı partlayışın kamera GÖRÜNTÜLƏRİ

Yasamaldakı partlayışın kamera GÖRÜNTÜLƏRİ

Laçına dolu düşdü – Faktiki hava

Laçına dolu düşdü – Faktiki hava

Qeydiyyat ver, evə şərik çıxsın - Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?

Qeydiyyat ver, evə şərik çıxsın - Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?

Hansı bürcü uğur, hansını çətinlik gözləyir?

Hansı bürcü uğur, hansını çətinlik gözləyir?

Metroya pulsuz keçmək istəyən qadın şüşə baryeri qırdı – ANBAAN VİDEO

Metroya pulsuz keçmək istəyən qadın şüşə baryeri qırdı – ANBAAN VİDEO

Putin Trampa məktub göndərdi

Putin Trampa məktub göndərdi

Xameneinin nəşi İrandan çıxarılacaq

Xameneinin nəşi İrandan çıxarılacaq

Gözlərdə səssiz TƏHLÜKƏ - Bu simptomlar ciddi xəstəlikdən xəbər verə bilər

Gözlərdə səssiz TƏHLÜKƏ - Bu simptomlar ciddi xəstəlikdən xəbər verə bilər

Avropa çempionatında 10 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb - FOTO

Avropa çempionatında 10 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb - FOTO

End of content

No more pages to load

RADİO