Pedofillərə qarşı cəzalar SƏRTLƏŞDİRİLƏCƏK?

Qazaxıstanda yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayət törətməkdə təqsirli bilinən şəxslərə onların azadlığa buraxılmasına 6 ay qalmış kimyəvi kastrasiya (cinsi vəzilərin çıxarılması və ya onların funksiyalarının dayandırılması) tətbiq olunacaq. Bu barədə
Qazaxıstan Səhiyyə Nazirliyi qanunda dəyişiklik edib. 

Bildirilib ki, müəssisənin rəhbərliyi cəza müddətinin bitməsinə ən geci 12 ay qalmış psixi pozğunluğun və cinsi zorakılığın meyllərin olub-olmamasını müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi üçün materialları məhkəməyə təqdim edir. 

Bu qaydalar psixi pozğunluğa görə məhkəmənin qərarı ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən məhkumlara şamil edilmir.

Bəs Azərbaycanda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edənlər necə cəzalandırılır və daha sərt cəzalar tətbiq edilə bilərmi?

Mövzuya münasibət bildirən vəkil Ruslan Mustafayev Bizim.Media-ya bildirib ki, Azərbaycanda pedofillərə qarşı ayrıca, xüsusi bir maddə yoxdur:
 

“Amma Cinayət Məcəlləsinin 149-150-151-ci maddələri var ki, bu maddələrdə həmin hərəkətlərin, yəni zorlamanın, seksual xarakterli hərəkətlərin edilməsinin yetkinlik yaşına çatmayan şəxslərə qarşı və 14 yaşına çatmamış şəxslərə qarşı edilməsinə görə ayrı-ayrı cəzalar nəzərdə tutulub. Kifayət qədər ağır cəzalardır. Əgər bu əməllər yetkinlik yaşına çatmayan şəxslərə qarşı törədilirsə, 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər, əgər 14 yaşına çatmamış şəxslərə qarşı törədilirsə, 15 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. 


Bu maddələrin sanksiyasında əlavə cəzaların da verilməsi nəzərdə tutulub. Bu, vəzifə tutmanın müəyyən müddətə qadağan edilməsi ilə bağlıdır. Bu, hansı hallarda baş verir? Şəxs öz vəzifə səlahiyyətlərindən, imkanlarından istifadə edərək bu əməlləri törədirsə, bu şəxslərə, təbii olaraq, müəyyən müddətə həmin vəzifəni icra eləmək məhdudiyyəti qoyulur. Misal üçün bu, əgər hər hansı bir məktəbdə bir müəllim təəfindən edilibsə, həmin şəxsə müəllimlik fəaliyyəti ilə məşğul olmaq, təhsil sahəsində işləmək müəyyən müddətə qadağan edilə bilər”.

Qazaxıstandakı məsələyə gəlincə isə hüquqşünas Azərbaycan Respublikasının qanunvericiliyində belə bir halın nəzərdə tutulmadığını qeyd edib:

“Açığı, bundan sonra da nəzərdə tutulması ehtimalı yoxdur. Çünki biz Avropa İnsan Hüquqları Konvensiyalarına qoşulmuşuq və üzərimizə götürdüyümüz müəyyən vəzifələr var. Bunlardan biri də daxili qanunvericiliyin konvensiyaya uyğunlaşdırılması ilə bağlıdır. Konvensiya da belə bir əlavə cəzaların  tətbiq edilməsini qəbul eləmir. Bu səbəbdən düşünürəm ki, yaxın gələcəkdə bizdə belə bir ağır cəzanın nəzərdə tutulması, tətbiq edilməsi ağlabatan deyil”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xərçəngin ƏN TƏHLÜKƏLİ növü belə yaranır

Xərçəngin ƏN TƏHLÜKƏLİ növü belə yaranır

Superliqada 12-ci tur START GÖTÜRDÜ

Superliqada 12-ci tur START GÖTÜRDÜ

Dörd günlük tətil BAŞLADI

Dörd günlük tətil BAŞLADI

Rəsmi Bakı: “Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır”

Rəsmi Bakı: “Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır”

Aygündən Eldənizə CAVAB: “Gör, mən səni bağışlayıram?!” - VİDEO

Aygündən Eldənizə CAVAB: “Gör, mən səni bağışlayıram?!” - VİDEO

Xarici İşlər Nazirliyi Zəfər Günü münasibətilə BƏYANAT YAYIB

Xarici İşlər Nazirliyi Zəfər Günü münasibətilə BƏYANAT YAYIB

FİFA prezidenti "Kayrat"ı TƏBRİK ETDİ

FİFA prezidenti "Kayrat"ı TƏBRİK ETDİ

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı PAYLAŞIM ETDİ - VİDEO

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı PAYLAŞIM ETDİ - VİDEO

Şuşanın azad olunmasından beş il ÖTÜR

Şuşanın azad olunmasından beş il ÖTÜR

Azərbaycanda 8 Noyabr - Zəfər Günüdür

Azərbaycanda 8 Noyabr - Zəfər Günüdür

Evimizdə ən çox işıq “yeyən” cihazlar – SİYAHI

Evimizdə ən çox işıq “yeyən” cihazlar – SİYAHI

"Real" üçün sevindirici xəbər

"Real" üçün sevindirici xəbər

Aygün Kazımova Faiq Ağayevi niyə bloka atıb? - VİDEO

Aygün Kazımova Faiq Ağayevi niyə bloka atıb? - VİDEO

Türkiyə Netanyahunun həbsinə order VERDİ

Türkiyə Netanyahunun həbsinə order VERDİ

Ceyhun Bayramov: “İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi”

Ceyhun Bayramov: “İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi”

“WhatsApp”da “Telegram”a bənzər YENİ FUNKSİYA - FOTO

“WhatsApp”da “Telegram”a bənzər YENİ FUNKSİYA - FOTO

“Son beş ilin tarixi Zəfər tarixidir” Prezidentdən növbəti PAYLAŞIM - VİDEO

“Son beş ilin tarixi Zəfər tarixidir” Prezidentdən növbəti PAYLAŞIM - VİDEO

XİN başçısı: “Rusiya artıq 2020-ci il oktyabrın 10-da bölgəyə sülhməramlı göndərmək istəyirdi”

XİN başçısı: “Rusiya artıq 2020-ci il oktyabrın 10-da bölgəyə sülhməramlı göndərmək istəyirdi”

Türk şərhçi “Qarabağ”ın idarəetməsi haqda NƏ DEDİ?

Türk şərhçi “Qarabağ”ın idarəetməsi haqda NƏ DEDİ?

Zəfər Günü parad saat neçədə başlayacaq?

Zəfər Günü parad saat neçədə başlayacaq?

Premyer Liqada ayın məşqçisi AÇIQLANDI

Premyer Liqada ayın məşqçisi AÇIQLANDI

Gəncədə 31 yaşlı qadın QƏTLƏ YETİRİLDİ

Gəncədə 31 yaşlı qadın QƏTLƏ YETİRİLDİ

Arayikgilin məhkəməsində daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar ELAN OLUNDU - FOTO

Arayikgilin məhkəməsində daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar ELAN OLUNDU - FOTO

Azərbaycan nümayəndə heyəti İslamiadada paraddan birinci KEÇDİ - FOTO

Azərbaycan nümayəndə heyəti İslamiadada paraddan birinci KEÇDİ - FOTO

End of content

No more pages to load

RADİO