Emin Əmrullayevin tənqid etdiyi kitabları kim hazırlayır? - RƏSMİ CAVAB

Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərin keyfiyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlər ictimai müzakirələrə səbəb olub. Nazir "Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil" deyərək, tarix və biologiya fənləri üzrə yeni dərsliklərin hazırlanmasına ehtiyac olduğunu bildirib.

"Tarix kitablarının çoxu sadəcə faktların sıralanmasından ibarətdir. Düşünürəm ki, bu dəyişməlidir. Biologiya fənni üzrə dərsliklərimiz də beynəlxalq standartlara uyğun deyil. Oturub uşaqlara normal dərslik yazmaq lazımdır", - deyə o, qeyd edib.

Nazirin çıxışı sosial şəbəkələrdə geniş rezonans doğurub. Bəziləri bildirir ki, dərsliklərin hazırlanmasına elə nazirlik cavabdehdir, ona görə də bu tənqid qurumun özünə yönəlib.

Digərləri isə hesab edir ki, Emin Əmrullayev illərlə formalaşmış köhnə yanaşmaları dəyişmək istəyir. Müzakirələr bir daha göstərdi ki, dərslik məsələsi cəmiyyət üçün hələ də ən həssas təhsil mövzularından biridir.

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyindən Modern.az-a daxil olan məlumatda qeyd olunur ki, dərsliklərin hazırlanması prosesi konkret qaydalar və çoxmərhələli qiymətləndirmə mexanizmləri ilə tənzimlənir.
 

Ümumi təhsil pilləsi üçün dərsliklər Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədris metodik vəsaitlərin hazırlanması Qaydası"na əsasən tərtib edilir.


Ümumi təhsil pilləsi üçün dərsliklər ümumi təhsilin dövlət standartları əsasında hazırlanmış təhsil proqramlarını (kurikulumları) əhatə edir. Həmin təhsil proqramları (kurikulumlar) təhsilalanlarda formalaşdırılacaq bilik, bacarıq və səriştələri müəyyənləşdirir. Ümumi təhsil müəssisələri üçün hazırlanacaq dərsliklər və tədris vasitələri müəyyən qaydalara əsasən tərtib olunur. Bu qaydalar dərsliyin həm məzmun, həm də tərtibat baxımından yüksək keyfiyyətli olmasını təmin etməyə yönəlib.

Qaydaya əsasən, dərsliyin elmi baxımdan dəqiq, etibarlı və inkişafyönümlü olması vacibdir.

Onun məzmunu şagirdlərin yaş xüsusiyyətlərinə uyğun, dəyəryönümlü və tərbiyəvi məzmun daşıyan, həmçinin Azərbaycan qanunvericiliyinə uyğun olmalıdır.

Bundan əlavə, dərsliyin hazırlanmasında müasir pedaqoji və metodiki yanaşmalardan istifadə edilməli, dizayn və tərtibat isə həm estetik, həm də məntiqli şəkildə qurulmalıdır.

Qiymətləndirmə zamanı dərsliklər 100 ballıq sistemlə dəyərləndirilir:

Təhsil proqramına uyğunluq - 30 bal,

Məzmunun elmi və tərbiyəvi səviyyəsi - 40 bal,

Pedaqoji-metodiki yanaşmalar - 20 bal,

Dizayn və tərtibat - 10 bal.

Beləliklə, dərsliyin uğurlu sayılması üçün onun həm elmi məzmun, həm də tərbiyəvi, metodiki və vizual keyfiyyətlər baxımından balanslı şəkildə hazırlanması əsas şərtdir.
 

Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə nazirlik tərəfindən müvafiq sahədə 10 (on) ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 (üç) nəfər mütəxəssis cəlb edilir.


Elm və Təhsil Nazirliyindən bildirilib ki, bunlarla yanaşı hazırlanmış dərslik və onunla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi həyata keçirilir:

"Bu zaman dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının "İctimai müzakirədə olanlar" bölməsində yerləşdirilir. Saytda dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, xüsusi ayrılmış sahədə irad və təklifləri qeyd etmək imkanı yaradılır. İrad və təkliflər [email protected] elektron ünvanına da göndərilə bilər.

Paralel olaraq, Elm və Təhsil Nazirliyi alimlərin, təhsil işçilərinin, aidiyyəti dövlət qurumlarının dərslik layihələrinə dair rəy, irad və təkliflərini almaq üçün müvafiq qurumlara müraciət edir.
 

Dərslik layihələrinə istifadə hüququ verilənədək Nazirliyə daxil olmuş bütün rəy və təkliflər ümumiləşdirilərək nəşriyyat-poliqrafiya müəssisələrinə təqdim olunur və məqbul sayılan rəylər layihədə nəzərə alınır.


Əlavə olaraq, həmin dərsliklər Dövlət İmtahan Mərkəzinin dərsliklərin nəşrqabağı elmi-metodiki monitorinqinin nəticələri əsasında da təkmilləşdirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Litva Belarusda yük maşınlarının dayanması səbəbindən yaranan zərərlərə görə kompensasiya TƏLƏB EDİR

Litva Belarusda yük maşınlarının dayanması səbəbindən yaranan zərərlərə görə kompensasiya TƏLƏB EDİR

“Araz-Naxçıvan”dan qələbə, “Zirə” - “Turan Tovuz” matçında heç-heçə

“Araz-Naxçıvan”dan qələbə, “Zirə” - “Turan Tovuz” matçında heç-heçə

Bakıda doğulan müğənninin Avropada 96 milyonluq sərvəti - FOTO

Bakıda doğulan müğənninin Avropada 96 milyonluq sərvəti - FOTO

Türkiyə MN-dən Bakıdakı paradla bağlı paylaşım - VİDEO

Türkiyə MN-dən Bakıdakı paradla bağlı paylaşım - VİDEO

Trampın doğulduğu ev SATIŞA ÇIXARILDI - FOTO

Trampın doğulduğu ev SATIŞA ÇIXARILDI - FOTO

XİN başçısı: “2026-cı ildə sülh sazişinin imzalanmasına nikbin baxıram"

XİN başçısı: “2026-cı ildə sülh sazişinin imzalanmasına nikbin baxıram"

Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT/VİDEO

Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT/VİDEO

Çin uzunömürlülük eliksiri üzərində İŞLƏYİR

Çin uzunömürlülük eliksiri üzərində İŞLƏYİR

“Bavariya”dan mövsümün İLK MƏĞLUBİYYƏTİ

“Bavariya”dan mövsümün İLK MƏĞLUBİYYƏTİ

Bulvarda Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq - VİDEO

Bulvarda Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq - VİDEO

Azərbaycan derbilərində hansı stadionlar daha çox ev sahibi olub?

Azərbaycan derbilərində hansı stadionlar daha çox ev sahibi olub?

Qara düyünün FAYDALARI

Qara düyünün FAYDALARI

Mərhum atasından danışan Röya KÖVRƏLDİ - EKSKLÜZİV VİDEO

Mərhum atasından danışan Röya KÖVRƏLDİ - EKSKLÜZİV VİDEO

Azərbaycan derbilərinin baş hakimləri AÇIQLANDI

Azərbaycan derbilərinin baş hakimləri AÇIQLANDI

Dörd bürc noyabrda həyatlarının ƏN YAXŞI qərarını verəcək

Dörd bürc noyabrda həyatlarının ƏN YAXŞI qərarını verəcək

Kiyev zülmətə QƏRQ OLDU - VİDEO

Kiyev zülmətə QƏRQ OLDU - VİDEO

Alper Gezeravcı Zəfər Günü ilə bağlı kosmosdan FOTOLAR paylaşdı

Alper Gezeravcı Zəfər Günü ilə bağlı kosmosdan FOTOLAR paylaşdı

Xankəndidə atəşfəşanlıq oldu - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - VİDEO

Hidayət Heydərov İslamiadanın ikiqat QALİBİ OLDU

Hidayət Heydərov İslamiadanın ikiqat QALİBİ OLDU

Həmin gecə onlar aparıcılıq edəcəklər

Həmin gecə onlar aparıcılıq edəcəklər

Şuşa səmasında “Zəfər atəşfəşanlığı” - VİDEO

Şuşa səmasında “Zəfər atəşfəşanlığı” - VİDEO

Zəfər Günü münasibətilə Bakıda təntənəli bayram konserti KEÇİRİLİR

Zəfər Günü münasibətilə Bakıda təntənəli bayram konserti KEÇİRİLİR

Zəfər Paradında iştirak edən yüksək səviyyəli qonaqlar - SİYAHI

Zəfər Paradında iştirak edən yüksək səviyyəli qonaqlar - SİYAHI

Hərbi paradda 5 mindən çox şəxsi heyət İŞTİRAK ETDİ

Hərbi paradda 5 mindən çox şəxsi heyət İŞTİRAK ETDİ

End of content

No more pages to load

RADİO