2021-ci ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 12,1 faizini əsaslı təmir, 6,1 faizini cari təmir, 19,7 faizini isə digər tikinti işləri təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, ümumi inşaat işlərinin 84,4 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib.
Bizim.Media