Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı sona çatdı

Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün Bakı və Naxçıvan şəhərlərində test imtahanı keçirilib.

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

MÖVZU İLƏ BAĞLI:

Xarici İşlər Nazirliyində işləmək istəyənlərin diqqətinə: Bu gün test imtahanı olacaq


İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin edilib.

Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunublar.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 3 binada təşkil olunub. İmtahanda 478 namizədin iştirakı gözlənilirdi.

İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 5 imtahan rəhbəri, 45 nəzarətçi‑müəllim, 6 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahanda namizədlərə qapalı və açıq tipli tapşırıqlar (qanunvericilik və ümumi sahəvi biliklər üzrə 70, rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə üzrə 20, ümumi dünyagörüşü üzrə 10 sual), həmçinin esse yazmaq üçün mövzular (dil bilikləri blokunda) təqdim olunub.

Test tapşırıqlarının cavablandırılması üçün 150, esse yazmaq üçün 90 dəqiqə vaxt ayrılıb.

Esse tapşırıqlarının yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələri yaxın 10 gün ərzində elan olunacaq.

İmtahanda ən yüksək nəticə toplayan 100 namizəd XİN tərəfindən təşkil olunacaq müsahibə mərhələsinə dəvət ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rubinyandan ŞOK İTTİHAM - KQB agenti iddiası böyüyür

Rubinyandan ŞOK İTTİHAM - KQB agenti iddiası böyüyür

Amnistiya aktının icrasına başlanılır - ŞAD XƏBƏR

Amnistiya aktının icrasına başlanılır - ŞAD XƏBƏR

Şirəli babanın nəvəsi: "Qardaş-bacıları da 110-120 ildən çox yaşayıblar"

Şirəli babanın nəvəsi: "Qardaş-bacıları da 110-120 ildən çox yaşayıblar"

2026-cı ilin ən şanslı BÜRCÜ – sevgi, pul... Nağıl kimi həyat başlayır

2026-cı ilin ən şanslı BÜRCÜ – sevgi, pul... Nağıl kimi həyat başlayır

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi - RƏSMİ

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi - RƏSMİ

Regionda dayanmadan qar yağacaq: hava kəskin dəyişir – TARİX

Regionda dayanmadan qar yağacaq: hava kəskin dəyişir – TARİX

Tovuzda heyvan bazarı nə vaxt açılacaq? — VİDEO

Tovuzda heyvan bazarı nə vaxt açılacaq? — VİDEO

Sankt-Peterburqda bu ölkə liderlərinə mükafat veriləcək

Sankt-Peterburqda bu ölkə liderlərinə mükafat veriləcək

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

İran vətəndaşları Qərbi Zəngəzurda ŞOK yaşadılar

İran vətəndaşları Qərbi Zəngəzurda ŞOK yaşadılar

Əkin sahələrində rəqəmsal nəzarət - “Made in Azerbaijan” brendi əl-əl axtarılacaq

Əkin sahələrində rəqəmsal nəzarət - “Made in Azerbaijan” brendi əl-əl axtarılacaq

Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Peşəkar mühasib olmaq istəyənlər imtahan verir

Peşəkar mühasib olmaq istəyənlər imtahan verir

PSJ-nin qapıçısı klubun tarixinə düşdü

PSJ-nin qapıçısı klubun tarixinə düşdü

Rusiya ordusu Donetsk bölgəsinə zərbələr endirdi - Ölən və yaralılar var

Rusiya ordusu Donetsk bölgəsinə zərbələr endirdi - Ölən və yaralılar var

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Coşqun Rəhimova ağır itki!

Coşqun Rəhimova ağır itki!

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

End of content

No more pages to load

RADİO