“Bitcoin”in qiyməti 39 min dollardan aşağı düşüb.
Bizim.Media “CoinGecko”ya istinadla xəbər verir ki, bu 2021-ci ilin avqustundan etibarən ən aşağı qiymətdir.
Hazırda “Bitcoin”in qiyməti dəyəri 38 178 dollardır. Noyabrın əvvəlindən bütövlükdə rəqəmsal tokenlərin dəyəri bir trilyon dollar azalıb ki, bu da ABŞ-da pul siyasətinin gözlənilən sərtləşdirilməsi fonunda baş verir.
“Bitcoin” son vaxtlar texnoloji şirkətlərin səhmlərinin qiymətlərindən asılı vəziyyətdədir.
Bizim.Media