Ötən il Gəncə avtomobil zavodu İstehsalat Birliyində traktor istehsalı 2 dəfə artıb.
Bizim.Media zavodun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2020-ci ildə traktorun istehsal rəqəmi 299 idisə, 2021-ci ildə bu rəqəm 651 təşkil edib.
Müəssisədən onu da əlavə ediblər ki, 2021-ci ildə Gəncə avtomobil zavodu İB-də müxtəlif təyinatlı 64 KAMAZ, 30 ədəd URAL və 17 ədəd MAZ avtomobili yığılıb.
Bu müddətdə 1 ədəd traktor qoşqusu, 30 ədəd səhra mətbəx qoşqusu, 35 ədəd tullantı üçün konteyner istehsal olunub.
Məqsəd Rəhimov, Bizim.Media