2021-ci ilin dördüncü rübündə "Netflix" striminq xidmətinə ödənişli abunə olanların sayı şirkətin proqnozlarından az olub.
Bizim.Media-nın şirkətin maliyyə hesabatına istinadən verdiyi məlumata görə, üçüncü rübdən sonra şirkət 2021-ci ilin sonuna kimi ödənişli "Netflix" abunəçilərinin sayının 222,06 milyon nəfər olacağını proqnozlaşdırmışdı. Hesabata əsasən, dördüncü rübdə ödənişli abunəçilərin sayı 221,84 milyon olub.
Rüblük hesabatın dərci fonunda Nyu-York Fond Birjasında "Netflix" səhmlərinin dəyəri 20 faiz ucuzlaşıb.
Qeyd edək ki, şirkətin hesabat dövründə gəliri 7,7 milyard dolları, mənfəəti isə 607 milyon dolları ötüb.
Bizim.Media