Əməkdar artist Aybəniz Haşımova 20 Yanvar faciəsindən yazıb.
Bizim.Media xəbər verir ki, müğənni sosial şəbəkədəki səhifəsində bu sözləri qeyd edib:
"O gecə getsin, bir də gəlməsin... İndiyə kimi o səslər nə gözlərimin önündən, nə də qulaqlarımdan gedir. İlahi, necə çığırırdı insanlar. Onlar isə qarşısına keçəni biçirdilər.
Eyvanda anamı tək qoymamaq üçün yanında dayanmışdım. O isə Rauf Səlimbəyli oğlunu haray çəkib çığırır, ağlayırdı. Ülə bilirdi ki, oğlu da tankın üstündəki cəlladların gülləsinə tuş gəlib.
Birdən gördülər ki, eyvanda insanlar onları kameraya çəkir və elə o zaman eyvanlara da atmağa başladılar, vəhşilər! Nə qədər eyvanlarda dayanan insanlar onların əzrayıl güllələrinə qurban getdilər".
Bizim.Media