Elman Nəsirov: “20 Yanvar günü təsadüf nəticəsində sağ qaldım”

Milli Məclisin deputatı Elman Nəsirovun 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, “Sfera”ya müsahibə verən millət vəkili həmin günlə bağlı xatirələrindən danışıb.

Müsahibəni təqdim edirik:

- Elman müəllim, bu gün 20 Yanvar faciəsinin 32-ci ildönümüdür. O günü necə xatırlayırsınız?

- O vaxt Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi idim. Sırf təsadüf nəticəsində sağ qaldım. Faciənin ayrı-ayrı detallarını gözümlə görmüşəm. Xatırlamaq belə üzücü və dəhşətli gəlir. Həmin gecə Azərbaycan xalqına qarşı misli görünməmiş bir cinayət baş verdi. Əliyalın insanlara qarşı Sovet ordusu qətliam həyata keçirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

- Sizcə, 20 Yanvar faciəsini qarşısını almaq mümkün idi?

- Əslində bu sualın cavabı 20 Yanvara qədərki hadisələrdə axtarılmalıdır. Belə ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin ermənipərəst siyasəti nəticəsində 1988-ci ilin fevralından başlayaraq, 250 mindən artıq soydaşımız Ermənistandan zor və işgəncə altında qovulmuş, təkcə 1989-cu ilin avqust-dekabr aylarında Ermənistan tərəfindən Azərbaycan sərhədlərinin 91 dəfə pozulması və atəşə tutulması nəticəsində 32 nəfər azərbaycanlı öldürülmüş, 166 nəfər yaralanmışdı.

Kreml bu vəziyyətdən nəticə çıxarıb, Ermənistanın qeyri-qanuni və antibəşəri hərəkətlərinə hüquqi qiymət verib, günahkarları cəzalandırmaq əvəzinə, cinayətkarın şirnikləndirilməsi siyasətinə üstünlük verdi.

Digər tərəfdən, dövrün Azərbaycan rəhbərliyi və müxalifəti həmin tarixi şəraitdə ümumilli maraqları şəxsi maraqların fövqünə qoymaq bacarığı nümayiş etdirə bilsəydi, antimilli və təxribatçı addımlar atmasaydı, rəsmi Moskvanın Azərbaycan xalqına qarşı qanlı ssenariləri həyata keçirmək imkanı minimuma enə bilərdi.

Zənnimcə, məhz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 yanvar 1990-cı il tarixli qərarında "Müdafiə Nazirliyi, hüquq-mühafizə və SSRİ-nin digər icra orqanlarından xahiş edirik ki, ölkə konstitusiyasının 81-ci maddəsinə uyğun olaraq Azərbaycan SSR-ə müvafiq zəruri yardımı həyata keçirsin” şəklində ifadə olunmuş mövqe Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyini həm arxayınlaşdırmış, həm də Azərbaycan əleyhinə addımlarının radikallıq səviyyəsini daha da gücləndirmişdi.

Xatırladaq ki, 1977-ci il 7 oktyabr tarixində qəbul edilmiş SSRİ Konstitusiyasının 81-ci maddəsinə görə, müttəfiq respublikaların suveren hüquqları SSRİ tərəfindən qorunmalı idi.

- 20 Yanvar faciəsində dövrün hakimiyyətinin günahı vardı?

- Bəli. Baxın, 1989-cu ilin sonlarında ölkəmizin bəzi rayonlarında Xalq Cəbhəsi hakimiyyəti zorla ələ keçirdi. Daha sonra Naxçıvanın İranla sərhədindəki tikanlı məftillər sökülüb atıınldı. Bu da azmış kimi Xalq Hərəkatının radikal qanadın Milli Müdafiə Şurası təşkil edərək nəzarəti öz əlinə alması, 1990-cı il уаnvarın 13-15-də Dövlət Təhlükəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında "erməni talanları” törətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq üçün bəhanə verdi.

- Qeyd etdiniz ki, SSRİ rəhbərliyi Azərbaycana qarşı qərəzli, məsuliyyətsiz və cinayətkar siyasət aparıb...

- 1988-ci ilin martında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin "Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qəbul etdiyi qərar əslində Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi üçün münbit şəraiti təmin etməyə hesablanmış addım idi. Bu qərara əsasən, ilk növbədə Dağlıq Qarabağa müstəsna hüquq və səlahiyyətlər verilir, böyük maliyyə vəsaitləri ayrılır, vilayətlə bağlı mühüm məsələlərin həlli ittifaq nazirlikləri və strukturlarının səlahiyyətinə aid edilirdi.

1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində xüsusi idarəetmə forması - Xüsusi İdarə Komitəsi yaradıldı. Sədri ermənipərəst məmur Arkadi Volski təyin edildi. Bu addım faktiki olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasını təmin etmiş oldu.

Rəsmi Moskvanın yuxarıda qeyd olunan addımlarından ruhlanan və şirniklənən Ermənistan SSR-in Ali Soveti 1989-ci il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqda qərar qəbul etdi.

Bu siyasət və onun nəticələri Azərbaycanda ermənipərəst SSRİ rəhbərliyi əleyhinə etimadsızlıq mühiti və ümumxalq etirazı dalğasının formalaşmasını təmin etdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

300 mindən çox sakin Qəzza şəhərini tərk edib

300 mindən çox sakin Qəzza şəhərini tərk edib

ABŞ rəsmisi: "İranın nüvə proqramı məhv edilməyib"

ABŞ rəsmisi: "İranın nüvə proqramı məhv edilməyib"

Gela Vasadzenin anası vəfat etdi

Gela Vasadzenin anası vəfat etdi

İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ oldu

İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ oldu

Britaniya və Azərbaycan strateji tərəfdaşlığa keçirlər - FOTO

Britaniya və Azərbaycan strateji tərəfdaşlığa keçirlər - FOTO

Abşeronda 64 yaşlı ustanı “tok” öldürdü

Abşeronda 64 yaşlı ustanı “tok” öldürdü

Şəmkirdə avtomobil qəzasında ölən həkimin GÖRÜNTÜLƏRİ

Şəmkirdə avtomobil qəzasında ölən həkimin GÖRÜNTÜLƏRİ

Suriyada parlament seçkiləri təxirə salındı

Suriyada parlament seçkiləri təxirə salındı

Türkiyə nüvə reaktorlarının tikintisinə BAŞLADI

Türkiyə nüvə reaktorlarının tikintisinə BAŞLADI

İsrail hərbçiləri Suriyanın iki kəndinə GİRDİ

İsrail hərbçiləri Suriyanın iki kəndinə GİRDİ

Bakıda “Comic Con Baku” pop-mədəniyyət festivalı keçirildi - FOTO

Bakıda “Comic Con Baku” pop-mədəniyyət festivalı keçirildi - FOTO

“Öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik” - Prezident

“Öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik” - Prezident

Dövlət başçısı: Separatçılığın kitabı bağlandı, Azərbaycan tam suverenliyini bərpa etdi

Dövlət başçısı: Separatçılığın kitabı bağlandı, Azərbaycan tam suverenliyini bərpa etdi

İlham Əliyev: “Ermənistan və arxasında duranlar torpağımızı geri qaytarmaq fikrində deyildilər”

İlham Əliyev: “Ermənistan və arxasında duranlar torpağımızı geri qaytarmaq fikrində deyildilər”

Qarabağ Universitetinin təzə korpusu - FOTO

Qarabağ Universitetinin təzə korpusu - FOTO

İlham Əliyev: “Əsas odur ki, Azərbaycan xalqı sülh içində yaşasın”

İlham Əliyev: “Əsas odur ki, Azərbaycan xalqı sülh içində yaşasın”

Prezident: Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi

Prezident: Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi

İlham Əliyev: “Son 5 ilin tarixi Zəfər tarixidir”

İlham Əliyev: “Son 5 ilin tarixi Zəfər tarixidir”

TƏBİB-dən xəstəxananın həyətində aşkarlanan döl barədə AÇIQLAMA

TƏBİB-dən xəstəxananın həyətində aşkarlanan döl barədə AÇIQLAMA

Azərbaycan klubu yeni legionerlə müqavilə imzaladı

Azərbaycan klubu yeni legionerlə müqavilə imzaladı

Rusiya ilə müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?

Rusiya ilə müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?

QADAĞA: 16 yaşından kiçiklər sosial şəbəkələrə girə bilməyəcək

QADAĞA: 16 yaşından kiçiklər sosial şəbəkələrə girə bilməyəcək

Dohada ərəb və İslam ölkələrinin görüşü keçirilir

Dohada ərəb və İslam ölkələrinin görüşü keçirilir

İslama görə neçə gün YAS SAXLAMAQ lazımdır?

İslama görə neçə gün YAS SAXLAMAQ lazımdır?

End of content

No more pages to load

RADİO