“Hesab edirəm ki, Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupunun işini tamamlayaraq regionda barışıq, yenidənqurma və sülhün möhkəmləndirilməsində mühüm rol oynaya bilər”.
Bizim.Media-nın məlumatrına görə, bunu Avropa İttifaqının xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasındakı çətin vəziyyət üçtərəfli təmasda olmağı mümkünsüz edib:
“Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da əldə olunan atəşkəs hələ də davam edir, baxmayaraq ki, bir neçə dəfə atəşkəsin pozulması halı qeydə alınıb”.
C. Borrell Dağlıq Qarabağda atəşkəsə tam hörmət edilməsinin və ATƏT-in Minsk qrupu formatında danışıqlara başlamağın zəruriliyini də diqqətə çatdırıb.
Bizim.Media