Yerli məhsulların xarici bazarlarda tanıdılması, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Azərbaycan sahibkarları müxtəlif formatlı tədbirlərdə, o cümlədən mütəmadi olaraq beynəlxalq sərgilərdə iştirak edirlər.
Bizim.Media xəbər verir ki, Azərbaycan məhsullarının bu il 2 sərgidə göstərilməsi planlaşıdırılır.
İlin birinci rübündə qeyri-neft məhsullarımız Rusiyanın Moskva şəhərində keçiriləcək “Prodexpo 2022” və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq “Gulfood 2022” beynəlxalq ərzaq sərgilərində nümayiş ediləcək.
Bizim.Media