“1982-ci ildən bəri Türkiyədə hava müdafiə məsələsi var. Son “S-400” ilə nöqtə qoyuldu. Kriteriyalarımız, texnologiya transferimiz, birgə istehsalımız var. Kriteriyalar təyin edildi və bu çərçivədə alış-veriş edildi. Artıq bazar olmayacağımızı dedik. Şəffaf şəkildə bitdi, heç bir şey gizlədilmədi. Türkiyə hamıya “bəli” deyən bir ölkə deyil. Bizim qürurumuz var”.
Bizim.Media-nın məlumatına görə, bu sözləri Türkiyə müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.
O, “S-400” hava müdafiə raketlərinin satılmayacağını vurğulayıb:
“Mövcud vəziyyətdə ölkə və millətimizin hava və raket müdafiəsi üçün aldıq. “S-400”ü istifadə etmək üçün aldıq və digər ölkələrə satılması gündəmdə deyil”.
Bizim.Media