Azərbaycan iqtisadiyyatı 2021-ci ildə 5,6% böyüyüb.
Bizim.Media xəbər verir ki, bu göstərici 2013-cü ildən bəri Ümumi Daxili Məhsul (ÜDM) üzrə qeydə alınan ən yüksək artım tempidir.
Belə ki, ötən il qeyri-neft sektorunun artımı (ötən il 7,2%), yüksək neft qiymətləri və enerji sektorunda istehsalın artması şəraitində ötən il Azərbaycanda real ÜDM-in həcmi COVID-19 pandemiyasından əvvəlki ildə (2019-cu il) qeydə alınan göstəricini 1-1,1% üstələyib.
Ölkədə ötən ilin təkcə I rübündə real ÜDM illik müqayisədə 1,3% azalsa da, IV rübdə artım 7,3-7,5% təşkil edib.
Proqnozlara gəldikdə, Azərbaycan İqtisadiyyat Nazirliyi bu il ölkədə ÜDM-in real artımını 3,9% səviyyəsində olacağını gözləyir. Dünya Bankının son proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 3,1%, BMT-nin proqnozuna görə isə 4% artacaq.
Bizim.Media