Həssas qruplar üçün kiçik bizneslər yaradılır - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə əhalinin həssas qruplarından olan şəxslər aktivlərlə təmin olunaraq onlar üçün kiçik bizneslər yaradılır.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, bu barədə Dünya Bankının nümayəndə heyəti ilə görüşdə məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev layihənin ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarına dəstək məqsədi daşıdığını bildirib.

Qeyd olunub ki, layihə 22 min işsiz şəxsi əhatə edəcək və onların kiçik biznesə çıxışına imkan yaradacaq.

Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur və qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslərə istehsal-xidmət sahəsi üzrə avadanlıqlar verilir.

Artıq 3 550 nəfər biznes planlarını müdafiə edib və həmin şəxslərin aktivlərlə təminatı prosesinə artıq başlanıb. Qarşıdakı dövrdə də davam edəcək.

Layihəyə cəlb olunanların mühüm bir qismi də müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, eləcə də aztəminatlı ailələrin üzvləridir.

Görüşdə Dünya Bankının ölkə meneceri Sara Maykl, sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya, baş iqtisadçısı Sirma Demir Şeker və digərlərinin fikirləri dinlənilib, “Məşğulluğa Dəstək Layihəsi”nin icrası üzrə aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yol Polisindən rayondan qayıdan sürücülərə MÜRACİƏT

Yol Polisindən rayondan qayıdan sürücülərə MÜRACİƏT

Xaçmazda sinif yoldaşları 28 il sonra sel sayəsində GÖRÜŞDÜLƏR – VİDEO

Xaçmazda sinif yoldaşları 28 il sonra sel sayəsində GÖRÜŞDÜLƏR – VİDEO

“İkimiz də yorulmuşuq” – Zelenskinin həyat yoldaşı şikayətləndi

“İkimiz də yorulmuşuq” – Zelenskinin həyat yoldaşı şikayətləndi

Narkotikin təsiri altında avtomobil idarə etdi - Həbs olundu – FOTO

Narkotikin təsiri altında avtomobil idarə etdi - Həbs olundu – FOTO

Azərbaycanda unlu məmulatlarının istehsalı artıb

Azərbaycanda unlu məmulatlarının istehsalı artıb

Tramp: “ABŞ və İran yaxın günlərdə razılığa gələ bilər” – VİDEO

Tramp: “ABŞ və İran yaxın günlərdə razılığa gələ bilər” – VİDEO

Bakıda dəhşət: Qadın binadan yıxılaraq öldü

Bakıda dəhşət: Qadın binadan yıxılaraq öldü

Azərbaycanda makaron ehtiyatı kəskin ARTIB

Azərbaycanda makaron ehtiyatı kəskin ARTIB

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

Məsafədən bank hesabı açılması qaydaları QÜVVƏYƏ MİNDİ

Məsafədən bank hesabı açılması qaydaları QÜVVƏYƏ MİNDİ

Qaraçuxurda ağac yola aşdı - Hərəkət məhdudlaşdı – FOTO

Qaraçuxurda ağac yola aşdı - Hərəkət məhdudlaşdı – FOTO

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa ÇIXIR

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa ÇIXIR

Qəbələdə ev YANDI – FOTO

Qəbələdə ev YANDI – FOTO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

Vinisius məşqlərə geri döndü

Vinisius məşqlərə geri döndü

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

End of content

No more pages to load

RADİO