Azərbaycanda ilk - Tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başladı

Azərbaycanda dövlət dəstəyi ilə təbiq edilən aqrar sığorta çərçivəsində ölkədə ilk dəfə olaraq tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb.

Aqrar Sığorta Fondundan Bizim.Media-ya verilən məlumata görə, Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarı ilə aqrar sığorta predmetlərinin – sığortalanan bitkilərin siyahısı genişləndirilib.

Nəticədə ölkədə geniş şəkildə əkilən tərəvəz-bostan bitkiləri – noxud, yaşıl noxud, qarpız, qovun, pomidor, baş soğan, sarımsaq və kələm də sığortalanan bitkilər sırasına daxil edilib.

Aqrar sığorta qaydalarına əsasən, sözügedən bitkilər dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri kimi risklərdən, eləcə də əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən sığortalana bilərlər.

Tərəvəz-bostan bitkilərinin sığortalanması üçün sığorta tarifləri ölkənin regionları və seçilmiş sığorta zərfindən asılı olaraq dəyişir. Sığorta tarifləri aşağıdakı kimidir: pomidor 2.12% - 4.58%, baş soğan 1.61% - 3.18%,  sarımsaq 1.54% - 3.02%, kələm 1.59% - 3.30%, noxud 1.95% - 4%,  yaşıl noxud 1.95% - 4%, qarpız 2.17% - 4.71%, qovun 1.87% - 3.98%.

Misal 1:

1 hektar pomidor sahəsinin sığortası: 


1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 100 sentner, 1 sentner məhsulun bazar qiyməti – 40 manat olarsa, sahədən gözlənilən məhsulun ümumi dəyəri - sığorta məbləği 4 000 manat təşkil edir.

Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 85-183 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 42-92 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 3 600 manat təşkil edir.

Misal 2: 

1 hektar qarpız sahəsinin sığortası: 


1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 150 sentner, 1 sentner məhsulun bazar qiyməti – 10 manat olarsa, sahədən gözlənilən məhsulun ümumi dəyəri - sığorta məbləği 1 500 manat təşkil edir. Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 32-71 manat arasında dəyişir.
 

Fermer bu məbləğin yalnız yarısını – 16-36 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 1 350 manat təşkil edir.


Qeyd edək ki, sözügedən tərəvəz-bostan bitkiləri ölkənin demək olar ki, bütün ərazilərində həm daxili tələbatı ödəmək, həm də ölkədən xaricə ixrac üçün becərilir.

Aqrar sığortanın əhatə dairəsinə daxil edilməsi bu sahədə çalışan fermerlərin məhsulları, gəlirləri və ümumilikdə biznesinin qorunmasına imkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaz sayğacları ilə bağlı YENİLİK – Növbəti ildən etibarən... – RƏSMİ

Qaz sayğacları ilə bağlı YENİLİK – Növbəti ildən etibarən... – RƏSMİ

AFFA balansında olan bu sahəyə 4 milyon çox pul xərcləyib

AFFA balansında olan bu sahəyə 4 milyon çox pul xərcləyib

Güclü külək məktəb binasına zərər vurdu – FOTO

Güclü külək məktəb binasına zərər vurdu – FOTO

Limonlu çay içənlər niyə daha uzun ömür sürür?

Limonlu çay içənlər niyə daha uzun ömür sürür?

İran "şiddətli döyüşə" hazırlaşır, uşaqları səfərbər edir - KİV

İran "şiddətli döyüşə" hazırlaşır, uşaqları səfərbər edir - KİV

Novruz Məmmədov işdən çıxdı

Novruz Məmmədov işdən çıxdı

Bu yoldan istifadə ÖDƏNİŞLİ OLACAQ

Bu yoldan istifadə ÖDƏNİŞLİ OLACAQ

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı

5 il əvvəl tikintisi başlayan bu yol nə vaxt açılacaq? - RƏSMİ

5 il əvvəl tikintisi başlayan bu yol nə vaxt açılacaq? - RƏSMİ

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?

Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?

Corat sakinlərinin NƏZƏRİNƏ

Corat sakinlərinin NƏZƏRİNƏ

Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

Bakıda yolun ortasında yanan avtomobil belə söndürüldü – ANBAAN VİDEO

Bakıda yolun ortasında yanan avtomobil belə söndürüldü – ANBAAN VİDEO

İran Gürcüstana xəbərdarlıq etdi

İran Gürcüstana xəbərdarlıq etdi

Sürücülərin DİQQƏTİNƏ – Avtomobillərin icbari sığortası qaydaları DƏYİŞDİ – RƏSMİ

Sürücülərin DİQQƏTİNƏ – Avtomobillərin icbari sığortası qaydaları DƏYİŞDİRƏSMİ

Rafat Cuvarlinski vəfat etdi – FOTO

Rafat Cuvarlinski vəfat etdi – FOTO

Rusiyada qatar qəzasında yaralananların sayını açıqlandı

Rusiyada qatar qəzasında yaralananların sayını açıqlandı

Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır - VİDEO

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır - VİDEO

Tramp yenidən İranı hədələdi: “Növbəti hədəflər...”

Tramp yenidən İranı hədələdi: “Növbəti hədəflər...”

2025-ci ildə AFFA-ya daxil olan vəsait açıqlanıb

2025-ci ildə AFFA-ya daxil olan vəsait açıqlanıb

End of content

No more pages to load

RADİO