“TV8”-in rəhbəri Acun Ilıcalının qızlarının içərisində olduğu avtomobil qəzaya uğrayıb.
Bizim.Media “HaberGlobal”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Türkiyənin Bolu bölgəsində baş verib.
Qəza zamanı xizək mərkəzindən geri dönən Yasemin və Leyla Ilıcalının içərisində olduğu avtomobili sürücü idarə edib. Yolun qarlı olması səbəbilə sürücü idarə etməni itirib və nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində sürücü və Acun Ilıcalının qızları xəsarət almayıb, lakin avtomobilə ciddi ziyan dəyib.
Bizim.Media