Toy məclislərinin birində meyxanaçılar arasında dava baş verib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə tanınmış meyxanaçılar Rəşad Dağlı və Rüfət Dahi arasında mübahisə yaranıb.
Daha sonra mübahisəyə onların həmkarları Balaəli Maştağalı, Ruslan Müşviqabad və digərləri də qoşulması davaya səbəb olub.
Deyişməni yarımçıq saxlayan Balaəli Maştağalı həmkarının üstünə gedib.
Qeyd edək ki, baş verənlərə deyişmə zamanı Rəşadın Dağlının təkrara yol verməsi ilə bağlı irad səbəb olub.
Bizim.Media