Daha bir Ermənistan vətəndaşı yolu azaraq Azərbaycan ərazisinə keçib.
Bizim.Media Erməni KİV-lərinə istinadən xəbər verir ki, 1953-cü il təvəllüdlü Andranik Aleksanyan Laçında saxlanılıb.
Onun Rusiya sülhməramlılarına təhvil veriləcəyi bildirilib.
Xatırladaq ki, yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunmuşdu. Müdafiə Nazirliyi S. Matevosyanın Rusiya sülhməramlılarına təhvil verildiyini açıqlayıb.
Bizim.Media