Azərbaycanda devalvasiya GÖZLƏNİLİRMİ? - İqtisadçı ekspertdən SƏRT AÇIQLAMA 

Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilib. Bunu Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsibndə bildirib. Ümumiyyətlə son devalvasiya, bank kreditləri və müəyyən bahalaşmadan sonra manatın məzənnəsinin növbəti dəfə aşağı düşməsi insanları maraqlandıran əsas mövzulardandır. Hətta bəzi yerli ekspertlər təkrar devalvasiyanın olacağını istisna etmirlər.

Bu isə camaatda narahatlıq yaradır:

“Bugünkü gün müəyyən psevdomütəxəssislər (söz xatirinə danışanlar) deyirlər ki, dollar qalxa bilər”. 

Bizim.Media ilə özəl dialoqda iqtisadçı alim Emin Qəribli hazırda şəraitin tam fərqli olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu il inflyasiya 3,8%-dək yavaşlayacaq – BMT-dən PROQNOZ


İlk növbədə neftin qiyməti artıb:

“İkinci səbəb odur ki, tədiyə balansında kəsirin yaranmaması üçün digər vasitələrdən istifadə olunur:

Gömrük rüsumları artırıldı

Rüsumsuz gələn məhsulların məbləği azaldı və s.

Bu da idxal-ixrac əməliyyatlarında fərqlərin azalmasına yönəlib. Bu kimi alətlərdən istifadə etməklə müəyyən nəticələrə nail olunub. Yanvar ayında Azərbaycanda dollara tələbat azalıb”.

Yəni manata nisbətdə dollar qalxmayacaq?

“Bəli. Bu gün o baxımdan gərginlik yoxdur. 2014-cü ildə fikir formalaşmışdı ki, devalvasiya, infilyasiya kimi problemləri məhz monitar yollarla tənzimləmək lazımdır. Mərkəzi Banka çox böyük yük düşürdü. İnkişaf etmiş ölkələrdə monitar üsulla həll olunursa, biz görürük ki, inkişaf etməkdə olan ölkələrdə monitar həllə yüklənmək olmaz. Burada fiskal və digər alətlərdən istifadə edərək tənzimlənməyə ehtiyac var. Hazırda Azərbaycan daha düzgün addımlar atır və özünü sığortalayıb”. 

Emin Qəribli Azərbaycanın valyuta siyasəti və müvafiq hərraclardan da bəhs edib:
 

“Müvafiq resursların hərraca çıxarılması tələbat artanda baş verir. Məqsəd devalvasiyanın qarşısını almaqdır. O dövrdə bütün dünyada, xüsusən də Rusiyada devalvasiya artığı üçün tələb artdı.


İkincisi də, həmin vaxt neftin qiyməti də kəskin endi. Tədiyə balansında kəsir yarandı. Ölkəyə dollar az gəlirdi və dollar kütləsi azaldı. Tələb-təklif qanununa görə, dolların qiyməti artmalıydı və artdı. Dövlət də bunun qarşısını almaq üçün dövriyyəyə dollar buraxırdı. Dövlət gördü ki, 10 milyarda yaxın resurs azaldı və buna görə devalvasiya addımı atdı”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qaz sayğacları ilə bağlı YENİLİK – Növbəti ildən etibarən... – RƏSMİ

Qaz sayğacları ilə bağlı YENİLİK – Növbəti ildən etibarən... – RƏSMİ

AFFA balansında olan bu sahəyə 4 milyon çox pul xərcləyib

AFFA balansında olan bu sahəyə 4 milyon çox pul xərcləyib

Güclü külək məktəb binasına zərər vurdu – FOTO

Güclü külək məktəb binasına zərər vurdu – FOTO

Limonlu çay içənlər niyə daha uzun ömür sürür?

Limonlu çay içənlər niyə daha uzun ömür sürür?

İran "şiddətli döyüşə" hazırlaşır, uşaqları səfərbər edir - KİV

İran "şiddətli döyüşə" hazırlaşır, uşaqları səfərbər edir - KİV

Novruz Məmmədov işdən çıxdı

Novruz Məmmədov işdən çıxdı

Bu yoldan istifadə ÖDƏNİŞLİ OLACAQ

Bu yoldan istifadə ÖDƏNİŞLİ OLACAQ

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı

5 il əvvəl tikintisi başlayan bu yol nə vaxt açılacaq? - RƏSMİ

5 il əvvəl tikintisi başlayan bu yol nə vaxt açılacaq? - RƏSMİ

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?

Səyahət edən viruslar - Miqrant axını hansı xəstəlikləri yayır?

Corat sakinlərinin NƏZƏRİNƏ

Corat sakinlərinin NƏZƏRİNƏ

Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR

Bakıda yolun ortasında yanan avtomobil belə söndürüldü – ANBAAN VİDEO

Bakıda yolun ortasında yanan avtomobil belə söndürüldü – ANBAAN VİDEO

İran Gürcüstana xəbərdarlıq etdi

İran Gürcüstana xəbərdarlıq etdi

Sürücülərin DİQQƏTİNƏ – Avtomobillərin icbari sığortası qaydaları DƏYİŞDİ – RƏSMİ

Sürücülərin DİQQƏTİNƏ – Avtomobillərin icbari sığortası qaydaları DƏYİŞDİRƏSMİ

Rafat Cuvarlinski vəfat etdi – FOTO

Rafat Cuvarlinski vəfat etdi – FOTO

Rusiyada qatar qəzasında yaralananların sayını açıqlandı

Rusiyada qatar qəzasında yaralananların sayını açıqlandı

Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

Ev almaq, yoxsa tikdirmək sərfəlidir? – VİDEO

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır - VİDEO

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır - VİDEO

Tramp yenidən İranı hədələdi: “Növbəti hədəflər...”

Tramp yenidən İranı hədələdi: “Növbəti hədəflər...”

2025-ci ildə AFFA-ya daxil olan vəsait açıqlanıb

2025-ci ildə AFFA-ya daxil olan vəsait açıqlanıb

End of content

No more pages to load

RADİO