"Rusiya Qarabağ münaqişəsinin həll olunmasında yaxından iştirak edib".
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
O deyib ki, biz müxtəlif münaqişələrin həlli ilə bağlı işlərə yaxından cəlb olunmuşduq:
"Bunlar Qarabağ, Suriya, Liviya, Əfqanıstan, İranın nüvə proqramı, Fələstin, Koreya yarımadasındakı vəziyyətdir. Həmçinin, Qazaxıstanın üz-üzə qaldığı “aşkar terror təhlükəsi”ni dəf etməyə də Rusiya sülhməramlı qüvvələri kömək göstərib.
Bizim.Media