Allahşükür Paşazadə Vatikanın baş keşişi ilə görüşdü - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanın baş keşişi (vikari), Müqəddəs Pyotr Kilsəsinin rəhbəri kardinal Mauro Qambetti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, kardinal Mauro Qambetti QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini səmimi salamlayaraq Vatikan ilə Azərbaycan arasında yüksək əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirib, bu əlaqələrin uğurla inkişaf etdiyini deyib.

Səmimi qəbula görə kardinal M.Qambettiyə təşəkkür edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın sivilizasiyalar və dinlər arasında münasibətlərin daha da inkişaf etdirilməsində xüsusi rol oynadığını bildirib.

QMİ sədri ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətlərdən söhbət açıb.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda etnik və dini baxımdan qarşılıqlı anlaşmanın olduğunu, müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə birgə yaşadıqlarını qeyd edib.

Vurğulayıb ki, ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT qətnamələrinə uyğun olaraq 30 ilə yaxın müddət ərzində erməni işğalında olan torpaqlarını azad etdiyini, Ermənistan tərəfinin işğal dövründə buradakı dini və mədəni abidələri vandalizmə məruz qoyduğunu vurğulayıb, bununla bağlı kardinal M.Qamtettiyə fotofakt kitabı təqdim edib.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq məsələləri müzakirə edildiyi görüşdə ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirdiyi qeyd olunub.

Kardinal Mauro Qambetti Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərinin əhəmiyyətini qeyd edib, Azərbaycan Hökumətinə, xüsusilə də Fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
 

O, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bəşəriyyətə əsl tolerantlıq nümunəsi göstərməkdə olduğunu qeyd edib.


Görüşdə Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov), Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Ceyhun Bayramov Münxendə Tramp Marşrutu layihəsinin əhəmiyyətindən DANIŞDI

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - YENİLƏNİB/VİDEO

Ofelya Şabanovadan iddialara CAVAB: “16 yaşında uşaq ailə dağıda bilər?”- VİDEO

Ofelya Şabanovadan iddialara CAVAB: “16 yaşında uşaq ailə dağıda bilər?”- VİDEO

İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Ceyhun Bayramov Münxendə panel müzakirələrində ÇIXIŞ EDİB - FOTO

Ceyhun Bayramov Münxendə panel müzakirələrində ÇIXIŞ EDİB - FOTO

“Milan”dan Luka Modriç QƏRARI

“Milan”dan Luka Modriç QƏRARI

Tütün qaçaqmalçılığında adları hallanan vəzifəli şəxslər HAKİM QARŞISINDA

Tütün qaçaqmalçılığında adları hallanan vəzifəli şəxslər HAKİM QARŞISINDA

Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb - VİDEO

Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb - VİDEO

Ronaldo sabiq klubuna qayıda bilər

Ronaldo sabiq klubuna qayıda bilər

Müjdə verildi: Hər kəs şəhərdən kəndə axın edəcək

Müjdə verildi: Hər kəs şəhərdən kəndə axın edəcək

ABŞ məşhur alış-veriş portalını “qara siyahı”ya SALDI

ABŞ məşhur alış-veriş portalını “qara siyahı”ya SALDI

“Bavariya” bu futbolçu ilə müqaviləni UZATDI

“Bavariya” bu futbolçu ilə müqaviləni UZATDI

Ağadadaş Ağayev sənət adamlarına SƏSLƏNDİ

Ağadadaş Ağayev sənət adamlarına SƏSLƏNDİ

Paşinyan İrana səfər PLANLAŞDIRIR

Paşinyan İrana səfər PLANLAŞDIRIR

Yüksək Liqa: UNEC-dən inamlı QƏLƏBƏ

Yüksək Liqa: UNEC-dən inamlı QƏLƏBƏ

Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir

Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir

“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ

“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ

İqor Tudor “Tottenhem”ə GƏTİRİLİR

İqor Tudor “Tottenhem”ə GƏTİRİLİR

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

İranda GÜCLÜ ZƏLZƏLƏ olub

İranda GÜCLÜ ZƏLZƏLƏ olub

DİN Bakıda əməliyyat keçirdi - Saxlanılan var - VİDEO

DİN Bakıda əməliyyat keçirdi - Saxlanılan var - VİDEO

Təsadüf deyil: 13-cü cümə günü bu BÜRCLƏRƏ böyük pullar gətirəcək

Təsadüf deyil: 13-cü cümə günü bu BÜRCLƏRƏ böyük pullar gətirəcək

Milli komandalarımızın yeni məşqçiləri AÇIQLANDI - FOTO

Milli komandalarımızın yeni məşqçiləri AÇIQLANDI - FOTO

End of content

No more pages to load

RADİO