“Qardaş Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələri ortaq dəyərlərimizin tarixə söykənən möhkəm dayaqlarına əsaslanır”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə əlaqələrinin 30 illiyinə həsr etdiyi paylaşımda yazıb.
“Dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ilə xalqlarımızı təbrik edir, ən səmimi arzularımı çatdırıram. Qardaşlığımız və müttəfiqliyimiz əbədidir”, - deyə nazir əlavə edib.
Bizim.Media
