"Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur”.
Bizim.Media xəbər verir ki, bu fikir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tviter səhifəsindəki paylaşımında yer alıb.
"Müstəqilliyimiz daimi, dostluğumuz sarsılmaz, qardaşlığımız hər zaman möhkəm olsun!", – paylaşımda qeyd olunub.
Nazir təbriki Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları ilə bitirib:
"Birdir bizim hər halımız, diləyimiz, amalımız, bayraqlarda hilalımız, Azərbaycan, Türkiyə”.
Bizim.Media
