Yeni tikiləcək "Xızı-Abşeron" Külək Elektrik Stansiyası ildə 1 milyard kvt saat elektrik enerjisi istehsal edəcək.
Bizim.Media xəbər verir ki, bunun nəticəsində təxminən 220 milyon kubmetr qaza qənaət ediləcək.
Ekologiyaya isə 400 min ton karbon tullantılarının atılmasının qarşısı alınacaq.
Həmçinin, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında yeni layihələrə imza atılması da nəzərdə tutulub.
Qeyd edəki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
Bizim.Media