İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 65 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması ilə bağlı elan etdiyi açıq tender yekunlaşıb.
Bizim.Media dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Abşeron Avtomobil Mərkəzi" MMC-dir.
Qalib şirkətə 7,909 milyon manat ödəniləcək. Nəticədə avtomobilin biri təxminən 122 min manata alınacaq.
Bizim.Media