O dünyada alver edib bu dünyaya gətirənlər – Virtual aləmin 3 əjdaha AZƏRBAYCANLISI - MÜSAHİBƏ

Son aylarda bütün dünyada texnologiya həvəskarlarının əsas müzakirə mövzularından biri də “Metaverse”dir. Belə ki, özünəməxsus reallığı olan rəqəmsal dünya ilə bağlı iki fərqli ideyanın toqquşması müşahidə olunur.

Bir tərəf elmi-texniki tərəqqinin son gəldiyi nöqtə kimi meta dünyanı gələcəkdə insanların yaşamlarını asanlaşdıracaq vasitə kimi görsələr də, digər qrup bunun bəşəriyyətin sonunu gətirəcəyi iddialarını səsləndirməkdədir.

Qeyd etməliyik ki, ölkəmizdə də “Metaverse”ə maraq heç də az deyil. Təsadüfi deyil ki, 3 azərbaycanlnın yaratdığı “Keepface” şirkəti tərəfindən meta dünyada “Metafluence city” inşa olunmaqdadır. Buradan insanlar ev və ya torpaq əldə edə, eyni zamanda yaxınları ilə digital ortamda vaxt keçirə bilərlər.

“Keepface” şirkətinin qurucusu Vaqif Abbasov Bizim.Media-ya verdiyi müsahibəsində, “Metafluence city” və meta dünyanın gələcəyi ilə bağlı fikirlərini bölüşüb:

- “Metafluence” şəhərini qurmağa necə və nə zaman qərar verdiniz?

- 6 ay bundan öncə, “Metaverse” haqqında ilk paylaşımlar olduqda biz bu trendi izləməyə başladıq. Doğrudur, o zamanlar meta dünya hələ trend olmamışdı və yeni texnologiya hesab olunurdu. Biz də komanda olaraq, yeni texnologiyanı öz şirkətimizdə tətbiq etməyi nəzərdə tutduq. Metaverse haqqında məlumat aldıqda, komanda olaraq qərar verdik ki, biz öz xidmətlərimizi bu dünyada daha yaxşı və daha geniş imkanlarla istifadəçilərimizə təqdim edə bilərik. 

- Bəs, Azərbaycanda “Metaverse”ə maraq hansı səviyyədir? Məlumdur ki, xeyli sayda insanın bununla bağlı fikirləri heç də müsbət deyil.

- Biz, ümumiyyətlə bu platformanı 5 il öncə Azərbaycanda başladsaq, hal-hazırda 40 ölkədə fəaliyyət göstəririk. Biz “Metafluence” şəhərini inşa edərkən sırf Azərbaycanı deyil, digər ölkələri də hədəf seçmişik. Azərbaycanda, deməzdim ki, münasibət heç də yaxşı deyil. Doğrudur, skeptik yanaşanlar da var. Amma hər yeni yaranan texnologiyaya skeptik yanaşma, demək olar ki, bütün ölkələrdə var. 

- Bəs, investorların “Metafluence city”ə marağı hansı səviyyədədir? Öz bizneslərini meta dünyada qurmaq istəyənlərin sayı çoxdurmu?

- Xüsusən vençur kapital şirkətlərinin bu sahəyə marağı böyükdür. Çünki aparıcı texnologiya şirkətləri olan “META”(Facebook), “Microsoft” və digərlərinin diqqəti investorlar arasında da yeni trend yaradıb. İnanılır ki, gələcəyin internet, sosial media platformaları “Metaverse” üzərində qurulacaq. Bu səbəbdən investorların marağı yüksəkdir.

- Pandemiya dönəmində onlayn alqı-satqı daha geniş yayılmağa başladı. Meta dünyaya investorların marağı da qeyd etdiyinizə görə, böyükdür. Necə düşünürsünüz, gələcəkdə “Metaverse” mağazaları onlayn alış-verişdə liderə çevrilə biləcəkmi?

- “Metaverse” 2D platformaların yerini tam olaraq tuta bilməyəcək. Lakin insanlara fərqli təcrübə yaşadacaq. Kimlərsə hazırda öyrəşdiyimiz formada onlayn alış-verişə davam edəcək, bəziləri isə buna daha da əyləncə qataraq, virtual dünyada “VR” eynəklərdən istifadə etməklə bunu edəcəklər. Artıq dünyaca məşhur supermarketlər də meta dünyaya daxil olub. Gələcəkdə “Metaverse”nin özünün real həyatla və əşyalarla bağlılığını da yaratmaq mümkündür. Belə ki, biz meta dünyada alışverişimizi etdikdən sonra, aldığımız məhsulları real dünyada bizə çatdıra bilirlər. 

- İnsanlar arasında “Metaverse”nin bəşəriyyətin sonunu gətirəcəyinə inananların sayı heç də az deyil. Bu fikirlərlə bağlı nə demək istərdiniz?

- Bəzən mən fikir verirəm ki, bu mövzuya şübhə ilə yanaşanlar bizim həyatla müqayisə edərək “insaları real həyatdan uzaqlaşdıracaq, insanlar real həyata daha az vaxt sərf edəcəklər”, kimi ideyalarla və “orada insanlar necə qidalanacaqlar? Digər tələbatlarını necə ödəyəcəklər”, şəklində suallarla çıxış edirlər.

Əslində, bu o qədər də doğru yanaşma deyil. Çünki “Meraverse”nin real həyatla qeyd olunan səviyyədə problemi və təsiri yoxdur.

Zatən insanlar, xüsusilə də, pandemiya dönəmində sosial mediada, instaqramda, feyzbukda gün ərzində 5-6 saat vaxt sərf edirlər. Sadəcə olaraq, meta dünya ilə birlikdə onun forması dəyişir. “Facebook” kimi 2D platformalar müstəvi üzərindədir.

İndi isə, eyni funksiyalar 3D formatında virtual reallıqda mümkün olacaq. Eyni zamanda bu, feyzbukdan daha maraqlı bir ortam olacaq. Hətta ola bilər ki, insanlar ona daha çox vaxt sərf etsinlər. Amma bunu real həyatla müqayisə etmək düzgün deyil.


Murad Əhmədov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

300 mindən çox sakin Qəzza şəhərini tərk edib

300 mindən çox sakin Qəzza şəhərini tərk edib

ABŞ rəsmisi: "İranın nüvə proqramı məhv edilməyib"

ABŞ rəsmisi: "İranın nüvə proqramı məhv edilməyib"

Gela Vasadzenin anası vəfat etdi

Gela Vasadzenin anası vəfat etdi

İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ oldu

İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ oldu

Britaniya və Azərbaycan strateji tərəfdaşlığa keçirlər - FOTO

Britaniya və Azərbaycan strateji tərəfdaşlığa keçirlər - FOTO

Abşeronda 64 yaşlı ustanı “tok” öldürdü

Abşeronda 64 yaşlı ustanı “tok” öldürdü

Şəmkirdə avtomobil qəzasında ölən həkimin GÖRÜNTÜLƏRİ

Şəmkirdə avtomobil qəzasında ölən həkimin GÖRÜNTÜLƏRİ

Suriyada parlament seçkiləri təxirə salındı

Suriyada parlament seçkiləri təxirə salındı

Türkiyə nüvə reaktorlarının tikintisinə BAŞLADI

Türkiyə nüvə reaktorlarının tikintisinə BAŞLADI

İsrail hərbçiləri Suriyanın iki kəndinə GİRDİ

İsrail hərbçiləri Suriyanın iki kəndinə GİRDİ

Bakıda “Comic Con Baku” pop-mədəniyyət festivalı keçirildi - FOTO

Bakıda “Comic Con Baku” pop-mədəniyyət festivalı keçirildi - FOTO

“Öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik” - Prezident

“Öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik” - Prezident

Dövlət başçısı: Separatçılığın kitabı bağlandı, Azərbaycan tam suverenliyini bərpa etdi

Dövlət başçısı: Separatçılığın kitabı bağlandı, Azərbaycan tam suverenliyini bərpa etdi

İlham Əliyev: “Ermənistan və arxasında duranlar torpağımızı geri qaytarmaq fikrində deyildilər”

İlham Əliyev: “Ermənistan və arxasında duranlar torpağımızı geri qaytarmaq fikrində deyildilər”

Qarabağ Universitetinin təzə korpusu - FOTO

Qarabağ Universitetinin təzə korpusu - FOTO

İlham Əliyev: “Əsas odur ki, Azərbaycan xalqı sülh içində yaşasın”

İlham Əliyev: “Əsas odur ki, Azərbaycan xalqı sülh içində yaşasın”

Prezident: Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi

Prezident: Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi

İlham Əliyev: “Son 5 ilin tarixi Zəfər tarixidir”

İlham Əliyev: “Son 5 ilin tarixi Zəfər tarixidir”

TƏBİB-dən xəstəxananın həyətində aşkarlanan döl barədə AÇIQLAMA

TƏBİB-dən xəstəxananın həyətində aşkarlanan döl barədə AÇIQLAMA

Azərbaycan klubu yeni legionerlə müqavilə imzaladı

Azərbaycan klubu yeni legionerlə müqavilə imzaladı

Rusiya ilə müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?

Rusiya ilə müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?

QADAĞA: 16 yaşından kiçiklər sosial şəbəkələrə girə bilməyəcək

QADAĞA: 16 yaşından kiçiklər sosial şəbəkələrə girə bilməyəcək

Dohada ərəb və İslam ölkələrinin görüşü keçirilir

Dohada ərəb və İslam ölkələrinin görüşü keçirilir

İslama görə neçə gün YAS SAXLAMAQ lazımdır?

İslama görə neçə gün YAS SAXLAMAQ lazımdır?

End of content

No more pages to load

RADİO