Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faiz səviyyəsindədir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi yayıb.
Qurumun direktoru Firdovsi Fikrətzadə bildirib ki, Azərbaycanda hər il orta hesabla 2 milyon ton buğda istehsal olunur:
"İl ərzində 1,3 - 1,4 milyon ton buğda idxal olunur. Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 5960 faiz səviyyəsindədir. Bu da o deməkdir ki, biz buğdaya tələbatın 40 faizini idxal hesabına ödəyirik. Azərbaycanın un üçün buğdaya görə idxal göstəricisi 40 faizdən bir az artıqdır".
Bizim.Media