Qazaxıstana gələn KTMT sülhməramlıları ölkədən çıxmağa hazırlaşır.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.
Mənbə qeyd edir ki, mühafizə olunan obyektlər artıq Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verilir.
Xatırladaq ki, prezident Kasım Jomart-Tokayev KTMT sülhməramlılarının yanvarın 13-dən başalyaraq 10 gün ərzində ölkəni tərk edəcəyi anonsunu vermişdi.
Bizim.Media