Prezident İlham Əliyevin Zuğulbadakı iqamətgahından reportaj hazırlanıb.
Bizim.Media xəbər verir ki, reportaj AzTV-nin çəkiliş qrupu tərəfindən ərsəyə gətirilib.
Bildirilib ki, bu iqamətgah əsasən dövlət və hökumət başçılarının qarşılanması, nümayəndə heyətlərinin, səfir etimadnamələrinin qəbulu, ziyafətlər zamanı protokolun ünvanına daxil olur.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev bu gün Zuğulbadakı iqamətgahında yerli televiziya kanallarına müsahibə verib.
Dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlər, Azərbaycanla Ermənistan arasındakı münasibətlər, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər məsələlərlə bağlı suallarını cavablandırıb.
Bizim.Media