ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2023-cü il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 710 min barel təşkil edəcəyi ehtimal edilir.
Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoza (dekabr ayında verilib – red.) bərabərdir.
Bizim.Media