Yanvarın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,51% – 36,252.02 bəndədək, S&P 500 indeksi 0,92% – 4,713.07 bəndədək, Nasdaq indeksi isə 1,41% – 15,153.45 bəndədək yüksəlib.
Bizim.Media xəbər verir ki, Avropa fond bazarlarında yanvarın 11-də FTSE 100 indeksi 0,62% – 7,491.37 bəndədək, Almaniyanın DAX indeksi 1,10% – 15,941.81 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,95% – 7,183.38 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,05% artaraq 1,1373 dollar təşkil edib.
Bizim.Media