Gürcüstanın təbii qaz bazarına 2007-ci ildə daxil olan “SOCAR Georgia Gas” şirkəti qonşu dövlətdə 808 min abunəçiyə xidmət göstərir.
Şirkətdən Bizim.Media-ya bildirilib ki, 2007-ci ildən şirkət Gürcüstanın 700-dən çox yaşayış məntəqəsini qazlaşdırıb, 11 min kilometr uzunluğunda qaz kəməri inşa edib.
Gürcüstanda qazlaşdırma əsasən dövlət maliyyələşməsi ilə həyata keçirilsə də, SOCAR soydaşlarımızın kompakt yaşadığı bölgələrdə qaz xətlərinin inşa olunması üçün öz vəsaitlərini sərmayə qoyur.
Qeyd edək ki, şirkətdə 2 mindən çox əməkdaş çalışır, onların sırasında azərbaycanlılar da var.
Bizim.Media