Model İnna Kvirtiya bundan sonra futbol sahəsində fəaliyyət göstərəcək.
Bizim.Media xəbər verir ki, o, “White City” klubunun rəhbəri təyin edilib.
Hazırda bu klub U-9-dan U-14 komandasına qədər futbol akademiyası kimi fəaliyyət göstərir. Qadın klub rəhbəri təyin edilməsi Azərbaycanda ilk belə hal olub.
Qeyd edək ki, “White City CF”nun təsisçisi İnna Kvirtiyanın əri Nuqzar Kvirtiyadır.
Bizim.Media