“Səs Azərbaycan” yarışmasının dünənki buraxılışında gərginlik yaşanıb.
Bizim.Media xəbər verir ki, Eldar Qasımovun komandasının iştirakçısı Fərid Hüseynlinin çıxışından sonra Tünzalə Ağayeva Fəridi çox bəyəndiyini, ritminin, mətn aksentlərinin başqa olduğunu, iştirakçının məharətlə bu işin öhdəsindən gəldiyini söyləyib.
Fəridin çıxışına şərh verən Brilliant Dadaşova isə həmkarı ilə razılaşmayaraq fikirlərini sərt bir formada ifadə edib:
“İlk notlara heç düşmədin. Mən ona görə məəttəl qaldım ki, Tünzalə xanım dedi alqışlayın. Ümumiyyətlə, anlamadım ki, sən hansı tondan oxuyursan”.
Həmkarını cavabsız qoymayan Tünzalə əlavə edib ki, onsuz da bu səhvi Dadaşovanın səsləndirəcəyini bilirmiş:
“Ona görə həmin məqama toxunmadım. Bilirdim ki, Birilliant xanım deyəcək. Mümkün deyil ki, eşidilməsin. Mən Fəridə başqa tərəfdən dəstək oldum”.
Hər iki sənətçinin gərgin anları efir boyu diqqətdən yayınmayıb.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media