Əməkdar artist Elza Seyidcahan müzakirələrə səbəb olan açıqlama verib.
Bizim.Media xəbər verir ki, müğənni APA-ya müsahibəsi zamanı bəylərin xəyanətindən danışarkən qadının bu səbəbə görə həyat yoldaşından boşanmamalı olduğunu deyib.
Elza özünün xəyanəti bağışlayacağını da etiraf edib:
“Baxırsan, evi,qızılı , hər şeyi var. Amma xırda bir məsələyə görə boşanır. Deyir, ərim mənə xəyanət etdi. Bu nə deməkdir? Bu səbəbə görə, adam boşanarmı?
Əlbəttə ki, xəyanəti bağışlayaram, niyə bağışlamayım. Qadınların borcudur ki, hər bir zaman ərlərinin xəyanətini bağışlasınlar. Kar, kor, lal olsunlar. Qadının xəyanəti isə bağışlanılmır. Qoyun, mənə köhnə fikirli desinlər”.
Bizim.Media