2 ay əvvəl ayrılan Kamila Kabello və Şon Mendes cütlüyü birgə görüntüləniblər.
Bizim.Media xəbər verir ki, onlar Mayamidə parkda itlərini gəzdirərkən kameralara yaxalanıblar.
Xatırladaq ki, daha əvvəl dost olan cütlük 2019-cu ildə eşq yaşamağa başlamışdı. Sevgililər ayrılıq paylaşımında “Münasibətimiz bitdi, ancaq bir-birimizə olan sevgimiz qalır.
Dost kimi başlamışdıq, dost kimi də davam edəcəyik” sözlərinə yer vermişdi.
Qeyd edək ki, Kamila Kabello Kuba-Amerika əsilli müğƏnni və aktrisadır. Kanadalı müğənni Şon Mendes isə həm də bəstəkar kimi fəaliyyət göstərir.
Bizim.Media