Türkiyəli məşhur aktrisa Hazal Kaya koronavirusa yoluxub.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, onun COVID-19 testi müsbət çıxıb.
Aktrisa oğlu Əlidən başqa evdəki hər kəsin koronavirusa yoluxduğunu qeyd edib.
Qeyd edək ki, H.Kaya baş rolda çəkildiyi "Benden ne olur?” filminin yanvarın 14-də keçiriləcək qala gecəsinə qatıla bilməyəcək.
Bizim.Media