Astaralı məşhur falçı Məmmədsəfa vəfat edib.
Bizim.Media xəbər verir ki, onun ölümünə səbəb koronavirus infeksiyasına yoluxması olub.
Qeyd edək ki, o, şou-biznesin tanınmış simalarının tez-tez müraciət etdiyi falçılardan olub.
Əməkdar artist Elnarə Abdullayeva, müğənni Mətanət Əsədovanın falçının evində görüntüləri yayılmışdı. E.Abdullayeva uzun müddət xəstə olduğunu, mollanın ona şəfa verdiyini etiraf etmişdi.
Mətanət Əsədova da mövzu ilə bağlı danışarkən Məmmədsəfanın onu xəstəlikdən sağaltdığını bildirmişdi.
Bizim.Media