Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarlarına zəng edib.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Prezidentinin ofisi açıqlama yayıb.
"Prezident Ərdoğan Azərbaycan, Qırğızıstan və Özbəkistan prezidentləri İlham Əliyev, Sadır Japarov və Şavkat Mirziyoyev ilə danışıqlar zamanı sabitlik və təhlükəsizliyin region, xüsusən də qonşuları üçün vacib olduğunu vurğulayıb. O, qardaş Qazaxıstanın bu problemin öhdəsindən dialoq yolu ilə gələcəyinə əminliyini ifadə edib”, - deyə açıqlamada bildirilib.
Bizim.Media