Müğənni Xatirə İslam son illər keyfiyyətli musiqiyə qiymət verilməməsindən gileylənib.
Bizim.Media yazır ki, sənətçi bu barədə “Instagram” hesabında paylaşım edib.
“Bu gün 10 milyonun 80%-i zövqsüz musiqiyə qulaq asır. Bəla burasındadır ki, ifaçıda heç bir günah yoxdur, dinləyici özü nəyi eşitmək istəyirsə, onu da dinləyir”, - deyə, Xatirə yazıb.
İzləyicilərinin bir qismi ona dəstək versə də, “zövqsüz musiqiyə heç kim qulaq asmır” rəyini yazanlar da olub.
Bizim.Media