“Şuşa deyiləndə insanlar məni xatırlayırlar” - Xumar Qədimova ilə MÜSAHİBƏ 

“Mən sənətə “İsa bulağı” nəğməsi ilə gəlmişəm”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Əməkdar artist Xumar Qədimova bildirib.

Xaçmaza səfər edən müğənni ilə müsahibəni təqdim edirik:

- Xumar xanım, bildiyiniz kimi, Cənab Prezident 31 dekabrda, Yeni il axşamı xalqa müraciəti zamanı 2022-ci ilin “Şuşa ili” elan olunduğunu bəyan edib. Bizə məlumdur ki, sizin ilk mahnınız da məhz Şuşa ilə bağlı olub. Əvvəlcə, həmin mahnının tarixçəsi ilə bağlı fikirlərinizi bölüşə bilərsiniz? 

- İnanırsınızmı, 2 gün bundan əvvəl, Cənab Prezidentin 2022-ci ili “Şuşa ili” elan etməsindən sonra nə qədər insan mənə sosial şəbəkələrdən yazdı, məni təbrik etdilər! Bu mənim üçün çox xoş oldu ki, Şuşa deyiləndə insanlar məni xatırlayırlar. Çünki mən sənətə 1998-ci ildə Şuşa mahnısı ilə İsa bulağından gəlmişəm. 2021-ci ildə mən Rəşad Məcidin sözlərinə Şuşanın zəfəri ilə bağlı gözəl bir nəğmə bəstələdim. Yeri gəlmişkən, Rəşad Məcidin özü də məni Şuşa ilinin elan olunması münasibətilə təbrik etdi. Mən bu ilin Şuşa ili olması, eyni zamanda insanların mənə təbriklər ünvanlaması səbəbindən çox sevindim. 

İsa bulağından Şuşa dərdi ilə bağlı nəğməmdən sonra, Zəfərlə bağlı mahnı bəstələdim, oxudum. İnanıram ki, Şuşa zəfərinə həsr olunan zəfər nəğməsi Şuşa ilində öz möhürünü vuracaq.

- İşğaldan sonra Şuşaya getmisinizmi?

- Xeyr, getməmişəm. İnşallah gedərəm. Yəqin ki, gedib Şuşa nəğməsini orda oxuyaram. 

- Bizim möhtəşəm, tarixi qələbəmizlə bağlı başqa hansı layihəniz var?

- Əslində mən, bir mahnı da ifa etmişdim. Sözləri Səməd Vurğuna aid olan “İstiqbal nəğmə”m var. Birtəhər çıxmasın sözüm, sanki mən öncədən Azərbaycanın qələbəsinə aid mahnı oxumuşam.

Sən ey mərd oğula süd verən ana, 
Qoy, öpsün əlini illər həsrəti.
Xeyir-dua versin Azərbaycana 
O ana qəlbinin saf məhəbbəti.

Şeirdə Azərbaycanın zəfəri ilə bağlı da misralar var idi. Hələ onda bizim zəfərimiz olmamışdı, lakin mən bu mahnını ifa etmişdim. Təsəvvür edin ki, mən zəfərdən sonra düşünürdüm ki, “Aman Allah, mən zəfər olmadan, Zəfər Bayramına aid nəğmə oxumuşam.

- Həmin mahnı 2021-ci ilə aiddir?

- Xeyr, çoxdan ifa etmişəm. Təqribən 2000-ci ildə. 

- Deməli, siz hələ o dönəmdən bizim qələbəmizə inanırmışsınız...

- Bəli, çox maraqlı bir nüansdır. Nədəndir bilmirəm, ancaq məndə bu xüsusiyyət var, hiss edirəm. Deyim ki, bununla bağlı xüsusi olaraq çalışıram, xeyr. Anidən, elə bir söz, arzu deyirəm ki, zaman gəlir o yerini tapır.

- Biz sizi tezliklə Şuşada görmək istəyirik, Xumar xanım. Qələbədən əlavə də, yəqin ki, sizin planlarınız olacaq. Həmin layihələrlə bağlı fikirlərinizi öyrənmək istərdik.

- İnşallah. Mən onu da qeyd edim ki, 2021-ci il Nizami ili elan olunmuşdu. Mən Nəsimi ilində olduğu kimi, bu ilə də laqeyd qalmadım. Nəsimi ilində “Neylərəm” qəzəlinə musiqi bəstələyib, ifa etmişdim. Bu il isə, Nizami Gəncəvinin “Çəkirəm” və “Xəlvətcə bizə sevgili yar gəlmiş idi” qəzəllərindən istifadə edərək, 2 möhtəşəm əsər yaratdım. Yəni, demək istəyirəm ki, mən 2021-ci ildə, xəbərimiz olmadan Şuşa nəğməsi bəstələdim. 2021-ci ildə Nizamiyə mahnılar həsr etdim. Buna da çox şadam.

- Bu sizin duyumunuzdur. Yəqin ki, sizin 1998-ci ildə sənətə “İsa bulağı” mahnısı ilə gəldiyinizdən çox adam xəbərsizdir... 

- Bəli, mən sənətə məhz Şuşa ilə bağlı mahnımla gəlmişəm. Sənətə ilk addımım, ilk nəğməm İsa bulağı mahnısı olub. Nəğmənin sözləri Nüsrət Kəsmənliyə, musiqisi Xumar Qədimovaya məxsus idi: 

“Sərin sularıntək mən çağlayaram,
Qara saçlarında dən saxlayaram,
Sənin əvəzinə mən ağlayaram,
Ağlama, ağlama İsa bulağı!”
Görün başımıza gələn oyunu.
Bir gün alacaqdır hər kəs payını.
Hələlik zəhərə döndər suyunu,
Ağlama, ağlama Şuşa bulağı”

Sonda isə, Əməkdar artist Bizim.Media-nı Yeni il münasibəti ilə təbrik edərək, fəaliyyətimizdə uğurlar arzulayıb.

Aytəkin Alxaslı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ

"Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata KEÇİRİB

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata KEÇİRİB

İran XİN: “Hazırda heç bir danışıq aparılmır” – VİDEO

İran XİN: “Hazırda heç bir danışıq aparılmır” – VİDEO

Birinin saatı 59, o birinin 229 min manat... - FOTO

Birinin saatı 59, o birinin 229 min manat... - FOTO

Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU

Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

Rusiya Ayda araşdırmalar aparacaq

Rusiya Ayda araşdırmalar aparacaq

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO