İtkin düşmüş erməni əsgərlərin valideynləri separatçıların “müdafiə ordusu”nun rəhbəri Mikael Arzumanyanı döyüb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edilir ki, hərbçilərin yaxınları dünən axşam Arzumanyana hücum ediblər. Belə ki, övladlarının aqibəti barədə məlumat almağa çalışan valideyinlərə eyni sözlər deyilib.
Onlar artıq 2 aydır ki, eyni cavabı almaqdan bezdiklərini deyərək ''naziri'' vurublar. Hərbçi valideynləri rəhbər şəxsləri bacarıqsızlıqda ittiham ediblər.
Bizim.Media