Milli Depozit Mərkəzi ötən ilin dekabr ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.
Bizim.Media xəbər verir ki, ötən ay qurum ümumilikdə 119 investor üzrə 62 milyon manat və 742 min ABŞ dolları məbləğində ödəniş edib.
Ödənişlər Maliyyə Nazirliyi, "Unibank" ASC, "PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi - "PAŞA Yatırım Bankası", "AzerGold" QSC və "Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) üçün həyata keçirilib.
Bizim.Media