Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2021-ci ilin yanvar-noyabr aylarında 997,5 milyon manatlıq məhsul istehsal olunub.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hazır metal məmulatlarının istehsalı sahəsində 24 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 18,9 faiz artım müşahidə olunub.
Yanvar-noyabr aylarında sahə üzrə 24.050,4 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.
Bizim.Media