Bir neçə ildir ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun Şəki seriyalı dövlət nömrə nişanlı avtomobillə çəkdirdiyi foto və videosu sosial şəbəkələrdə maraqla qarşılanıb.
Bizim.Media xəbər verir ki, bəzi izləyicilər bunun montaj olduğunu qeyd ediblər.
Lakin sonradan məlum olub ki, sözügedən avtomobilin sahibi ABŞ-da yaşayan Pərviz Məsimov adlı azərbaycanlıdır.
Onun avtomobili Azərbaycanın qeydiyyat kodu ilə idarə etdiyi üzə çıxıb.
Bizim.Media