Google İsrailin “Siemplify” kibertəhlükəsizlik startapını 500 milyon dollara aldığını elan edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “newsru.co.il” saytında yerləşdirilib.
Mənbə qeyd edir ki, Simplify haker hücumlarından qorunmaq və onlara cavab vermək üçün proseslərin avtomatlaşdırılması və koordinasiyası üçün sistemlər hazırlayır.
Mövcud olduğu altı il ərzində şirkət investorlardan 58 milyon dollar cəlb edib.
Startap Google-un İsrail bulud bölməsinə inteqrasiya olunacaq.
Bizim.Media