Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” silahlıları ilə Türkmənistan sərhədçiləri arasında iki dövlətin sərhədində silahlı toqquşma baş verib.
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti öz elektron versiyasında məlumat yayıb:
“Üç gün əvvəl türkmən sərhədçiləri bir mülki şəxsi öldürüb, digərini döyüblər. İnsidentin araşdırılması zamanı onların hərəkətlərinə cavab olaraq “Taliban” döyüşçüləri atəş açıblar”.
Qeyd olunub ki, Türkmənistan sərhədçiləri ilə “Taliban” arasında atışma bazar ertəsi səhər Cövzcan vilayətinin Həmab rayonunda baş verib.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Bizim.Media