“2021-də də, 2022-də Azərbaycanın qarşısında duran əsas dövlət və milli vəzifə faktiki olaraq azad olunan ərazilərə vaxtı ilə oradan didərgin düşmüş əhalini qaytarmaqdır”.
Bizim.Media-ya özəl açıqlamasında bunları deyən eks xarici işlər naziri Tofiq Zülfüqarov prosesin təhlükəsiz şəraitdə həyata keçirilməli olduğunu da əlavə edib.
Yəni bu, ən ümdə missiyadır:
“Mən əminəm ki, bu hədəfə nail olmaq üçün 2022-də də bu istiqamətdə bir dövlət, bir millət olaraq çalışmalıyıq və inşallah buna nail olacağıq”.
İnşallah...
Bizim.Media